Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 129 870 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 215 tank, 6 388 zirehli maşın, 2 215 artilleriya sistemi, 460 reaktiv yaylım atəşi sistemi, 222 hava hücumundan müdafiə sistemi, 294 təyyarə, 284 helikopter, 1 952 PUA, 796 qanadlı raket, 18 gəmi/qayıq, 5 068 avtomobil texnikası və avtosistern, 202 xüsusi texnikadan ibarətdir.
