Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 153 770 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 423 tank, 6 703 zirehli maşın, 2 433 artilleriya sistemi, 488 reaktiv yaylım atəşi sistemi, 250 hava hücumundan müdafiə sistemi, 302 təyyarə, 289 helikopter, 2 086 PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 5 307 avtomobil texnikası və avtosistern, 234 xüsusi texnikadan ibarətdir.
