Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 193 210 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 710 tank, 7 224 zirehli maşın, 2 978 artilleriya sistemi, 550 reaktiv yaylım atəşi sistemi, 304 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 540 PUA, 947 qanadlı raket, 18 gəmi/qayıq, 5 916 avtomobil texnikası və avtosistern, 373 xüsusi texnikadan ibarətdir.
