Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 246 190 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 211 tank, 8 188 zirehli maşın, 4 816 artilleriya sistemi, 699 reaktiv yaylım atəşi sistemi, 460 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 311 helikopter, 4 017 PUA, 1 347 qanadlı raket, 18 gəmi/qayıq, 7 292 avtomobil texnikası və avtosistern, 715 xüsusi texnikadan ibarətdir.
