Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 256 050 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 329 tank, 8 398 zirehli maşın, 5 169 artilleriya sistemi, 714 RYAS (reaktiv yaylım atəşi sistemi), 486 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 314 helikopter, 4 272 PUA, 1 406 qanadlı raket, 18 gəmi/qayıq, 7 641 avtomobil texnikası və avtosistern, 773 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
