Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 258 820 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 373 tank, 8 488 zirehli maşın, 5 318 artilleriya sistemi, 722 RYAS (reaktiv yaylım atəşi sistemi), 491 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 324 operativ-taktiki PUA, 1 406 qanadlı raket, 18 gəmi/qayıq, 7 745 avtomobil və tanker, 800 xüsusi texnikadan ibarətdir.
