Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 263 490 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 459 tank, 8 613 zirehli maşın, 5 530 artilleriya sistemi, 735 RYAS (reaktiv yaylım atəşi sistemi), 500 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 421 operativ-taktiki PUA, 1 445 qanadlı raket, 18 gəmi/qayıq, 8 009 avtomobil və sistern, 831 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
