Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 281 090 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 777 tank, 9 082 zirehli maşın, 6 666 artilleriya sistemi, 806 RYAS (reaktiv yaylım atəşi sistemi), 540 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 5 158 operativ-taktiki PUA, 1 530 qanadlı raket, 20 gəmi/qayıq, bir sualtı qayıq, 9 015 avtomobil və sistern, 951 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
