Rusiya Federasiyasının xalq artisti Tatyana Samoylova dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, Tatyana Samoylova 81 yaşında vəfat edib.
Bu barədə İTAR-TASS RF-in kino aktyorları Gildiyasında məlumat verib:
“Tatyana Yevgeniyevna gecə dünyasını dəyişib, dəfn yeri bu gün bildiriləcək”.
Qeyd edək ki, may ayının 4-də Samoylovanın 80 yaşı tamam olub.
Samoylova – Kann festivalının laureatıdır. Onun ən məşhur işləri arasında - “Durnalar köçür” və “Anna Karenina” mühüm yer tutur.