Sosial şəbəkələrdə qədim Bakı haqqında çəkilmiş qısametrajlı film yayılıb.
Oxu.Az xəbər verir ki, “Azərbaycanfilm” kinostudiyasında 48 il bundan əvvəlki Bakı haqqında çəkilmiş film Youtube kanalında yerləşdirilib.
Film “Bakı haqqında 10 dəqiqə” adlanır. Sözügedən sənədli film 1966-cı ildə çəkilib.
Filmin rejissoru Yalçın Əfəndiyev, ssenari müəllifi İslam İbrahimov, Nataliya Şneyer, operatoru Boris Vlasov, bəstəkarı Emin Mahmudov, səs operatoru Şamil Kərimovdur.