Xersonda pilotsuz uçuş aparatlarının (PUA) gecə hücumu nəticəsində iki nəfər həyatını itirib, daha iki nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Yaroslav Şanko özünün "Telegram" hesabında məlumat verib.
O bildirib ki, Rusiya Silahlı Qüvvələrinin PUA hücumu nəticəsində bir qadın öz evində həyati təhlükə yaradan xəsarətlər alaraq vəfat edib.
Daha sonra Şanko əlavə edib ki, rayon mərkəzinə edilən gecə dron hücumu nəticəsində daha bir nəfərin öldüyü məlum olub. Onun da kimliyi dəqiqləşdirilir.
Bundan başqa, polislər iki yaralını xəstəxanaya çatdırıblar. 60 yaşlı qadın və 26 yaşlı kişi partlayış nəticəsində xəsarətlər alıblar. Zərərçəkən kişidə bədən, qol və ayaq yanıqları, qadında isə üz nahiyəsinin qəlpə yarası da qeydə alınıb.
Xatırladaq ki, gecə saatlarında rusiyalılar Zaporojyeyə də zərbələr endiriblər. Hücum nəticəsində fərdi yaşayış evi və ticarət mərkəzi zədələnib, orada yanğın baş verib.
Odessa da zərbə PUA-larının kütləvi hücumuna məruz qalıb. Dronlardan biri yaşayış binasının beşinci mərtəbəsinə çırpılıb.