Krasnoyarskda narkopolislər Qazaxıstan vətəndaşlarının Sibirə yemiş ilə bərabər gətirdikləri ümumi dəyəri 20 milyon rubldan artıq olan 250 kq-dan çox marixuana müsadirə ediblər. Bu barədə RİA Novosti-yə NDNFX (Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti) İdarəsinin rəsmi nümayəndəsi Anna Trutneva bildirib.
Oxu.Az xəbər verir ki, onun sözlərinə görə, narkodillerlər bazarların birində furadan 10 ton yemiş boşaldarkən saxlanılıblar. Onların hər üçü Qazaxıstan vətəndaşıdır, ikisi qaçaqmalçılığın təşkilatçısı, üçüncüsü isə furanın sürücüsü olub. Onların hamısı cinayətkar sövdələşmə çərçivəsində fəaliyyət göstəriblər.
“Narkodillerlər marixuana tayını çıxaran anda əməliyyatçılar tərəfindən saxlanılıblar. Furadan daha 8 tay çıxarılıb. Onların hər birində 30 kq narkotik vasitə olub. Ümumilikdə narkopolislər 270 kq yüksək keyfiyyətli xarici istehsal olan marixuana müsadirə ediblər.
Narkodillerlər narkotik satışından 20 milyon rubldan çox pul qazanmağı planlayırdılar!”, - Trutneva deyib.
Operativ məlumata əsasən, saxlanılan şəxslər Qazaxıstandan Krasnoyarsk ərazisinə iri-topdansatış marixuana çatdırılması kanalının yaradılmasına çalışırdılar.
Müsadirə edilən partiya sınaq partiyası idi, daha sonra narkodillerlər Rusiya sərhəddindən keçərək daha iri partiyaların çatdırılmasını planlayırdılar.
Narkodillerlərə qarşı öncədən razılaşdırılmış bir qrup adam tərəfindən iri partiya narkotikin yayılmasına dair cinayət işi açılıb. Onlar həbs ediliblər.
Müstəntiqlər daha bir narkotik vasitələrin qaçaqmalçılığına dair işin açılması üçün dəlil toplayırlar. Qrupun digər üzvləri - mümkün müştərilər müəyyənləşdirilir.