Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda evdə dünyaya gətirdiyi körpəni bağlamanın içinə qoyaraq pəncərədən atan 15 yaşlı məktəbli qız polis tərəfindən saxlanılıb.
Oxu.Az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, ona qarşı "azyaşlının öldürülməsinə cəhd" maddəsi üzrə ittiham irəli sürülüb.
Hüquq-mühafizə orqanları uşağın anasını bu cinayətə sövq edən səbəbləri müəyyənləşdirməyə çalışırlar.

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda 15 yaşlı məktəbli qızın evdə uşaq dünyaya gətirdiyi və körpəni bağlamanın içinə qoyaraq pəncərədən atdığı ehtimal olunur.
Oxu.Az xəbər verir ki, bu barədə 78.ru saytı məlumat yayıb.
Məlumata görə, körpəni hadisə yerinin yaxınlığında ərazini təmizləyən iki xadimə tapıb.
Onların çağırdığı təcili tibbi yardım briqadası yeni doğulmuş körpənin vəziyyətinin ağır olduğunu müəyyənləşdirib və onu xəstəxanaya aparıb.
Qəyyumluq və himayə orqanlarının yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbəsi tapılan körpə ilə bağlı aktı qəbul edib. Həmin akt əsasında doğum haqqında şəhadətnamə rəsmiləşdiriləcək.