"Hindistan, Çin və Braziliya Qərbin mümkün ikinci dərəcəli sanksiyalarının təsiri altında Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirsələr, böyük zərər görə bilərlər".
Oxu.Az "Strana" nəşrinə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte deyib.
Rüttenin fikrincə, Kremlin tərəfdaş dövlətləri Moskvanı sülh danışıqlarına getməyə təşviq etmək üçün təmaslarından istifadə etməlidirlər:
"Rusiya Prezidenti Vladimir Putinə zəng edin və ona sülh danışıqlarına ciddi yanaşmalı olduğunu söyləyin".