Ukraynanın miqrasiya xidməti Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib. Bununla da rəsmi Kiyev onu ölkədən ekstradisiya və ya deportasiya etmək hüququna malik olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ukraynanın baş prokuroru Yuriy Lutsenko məlumat verib.
Lutsenko Saakaşvilini “qırmızı xətti keçərək”, “hakimiyyəti ələ keçirmək məqsədilə” iğtişaşlar yaratmaqda ittiham edib.
N.O.