Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili vətəndaşlıqdan məhrum edilib.
Oxu.Az “Qruziya onlayn”a istinadən xəbər verir ki, indiki prezident Georgi Marqvelaşvilinin müvafiq sərəncamı prezidentin saytında yerləşdirilib.
Xatırladaq ki, Gürcüstan Ədliyyə Nazirliyi hal-hazırda Ukrayna vətəndaşı olan və Odessa Dövlət administrasiya dairəsinə rəhbərlik edən Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsinə dair prezidentə müraciət edib.