Mixeil Saakaşvili 26 yaşlı Yuliya Maruşevskayanı regional Gömrüyə rəhbər təyin edib, vesti.ru məlumat yayıb.
Oxu.Az xəbər verir ki, o, vəzifəsinin icrasına bu gündən başlayacaq.
Yuliya Maruşevskaya Avromaydan hərəkatı zamanında vətənpərvər fəal olaraq tanınmışdı.
2015-ci ilin iyun ayında Maruşevskaya xüsusilə onun üçün yaradılmış “İnvestisiya və inkişaf məsələləri üzrə Agentlik” Departamentinin rəhbəri olmuşdu. İyulun 10-da qubernatorun müavininin vəzifəsini icra edən, sentyabrın 9-da isə tamhüquqlu müavin təyin edilmişdi.