Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə «Укринформ»-a Ukraynanın Prezident administrasiyasından məlumat verilib.
Məlumata əsassən, təyinata dair rəsmi açıqlama sabah veriləcək.
M.Saakaşvilinin qubernator vəzifəsinə təyinatını Ukraynanın Ekologiya naziri İqor Şevçenko özünün “Facebook” səhifəsində təsdiq edib.
“Daha bir meritokrat Ukraynada yüksək vəzifəyə təyin edilib. Mixail Saakaşvili Odessa vilayətinin qubernatorudur!!!”.