Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin cari qubernatoru Mixail Saakaşvili bəyan edib ki, vilayətin 27 rayon başçısından 24-nü işdən azad etməyə hazırdır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Burada cəmi 27 rayon var. Burdan üç qubernator vəzifəyə yeni təyin edilib, 24-nü işdən azad edirəm, daha dəqiq müsabiqə nəticələrinə görə yeni komanda yığırıq.
Mən yalnız Odessa üzrə deyil, ümumukrayna müsabiqəsi elan edirəm”, - o, “Rustavi2” gürcü telekanalına verdiyi müsahibəsində deyib.
O qeyd edib ki, hakimiyyətdə islahatlar strukturda rüşvətxorluğa görə vacibdir.
Onun sözlərinə görə, əgər kim isə zəng edib, məmuru işdə saxlamağı xahiş edirsə, həmin məmur ilk olaraq işdən azad edilir.