Odessa vilayətinin sabiq rəhbəri Mixail Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkonu Türkmənbaşı titulu daşıyan Türkmənistan lideri Saparmurat Niyazov ilə müqayisə edib. Beləliklə də, Saakaşvili Ukrayna KİV-də senzura ilə əlaqədar vəziyyəti şərh edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Vesti” nəşri məlumat yayıb.
Sabiq qubernator son zamanlar efirə dəvət edilmədiyindən şikayət edib.
“Türkmənbaşının olduğu Türkmənistanda belə olurdu, o, alternativ reallıq yaratmışdı. “Adam televizora çıxmırsa, deməli, adam yoxdur”. Üzr istəyirəm, bizdə Poroşenkodur, ya Türkmənbaşı? Maydandan sonra bizdə Ukraynadır, ya Türkmənistan?”, - Saakaşvili gileylənib.
O, həmçinin Ukrayna telekanallarının ona qarşı marağı itirdiklərini də vurğulayıb.
N.O.
www.oxu.az