Odessa vilayətinin sabiq qubernatoru, "Yeni qüvvələr hərəkatı" partiyasının lideri Mixail Saakaşvili kiyevliləri Maydana səsləyib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə UNİAN xəbər verib.
“Mən bütün kiyevliləri Maydanda toplanaraq, Ukraynanı Poroşenko və onun bandasından, Medvedçuk və digər oliqarxlardan azad etməyə səsləyirəm. Heç nədən qorxmayın. Onlar bizdən qorxmalıdırlar”, - deyə Saakaşvili bildirib.
***
16:09
"Yeni qüvvələr hərəkatı" partiyasının lideri Mixail Saakaşvili oliqarx Sergey Kurçenko ilə əlaqələrlə bağlı ittihamlara cavab verib.
Oxu.Az-ın məlumatına əsasən, Saakaşvili jurnalistlərə açıqlamasında ittihamları təkzib edib.
“Ağ yalandır”, - deyə Saakaşvili bildirib.
***
15:51
Kiyevdə "Yeni qüvvələr hərəkatı" partiyasının lideri Mixail Saakaşvilinin tərəfdarları siyasətçinin hüquq-mühafizə orqanları tərəfindən aparıldığı avtomobili mühasirəyə alaraq onun hərəkətinə mane olub. Daha sonra onlar partiya liderini avtomobildən çıxarıblar.
Bu barədə Oxu.Az UNİAN-a istinadən xəbər verir.
N.О.