Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynada dövlətin tənəzzülünün bütün əlamətlərinin olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, siyasətçi Ukrayna prezidenti Pyotr Poroşenkoya müvafiq müraciətlə videonu aprelin 26-da öz Facebook səhifəsində yerləşdirib.
Odessanın siyasi həyatında baş verən son hadisləri şərh edən Saakaşvili Ukraynanın dövlət başçısından bölgəyə Milli qvardiya və polis bölmələrini yeritməyi xahiş edib.