Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Saakaşvilinin qurucusu olduğu partiya Gürcüstanda qanunsuz elan edilə bilər
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası oktyabrda keçiriləcək parlament seçkisində qələbə qazanarsa, Gürcüstanda ən böyük müxalifət partiyası olan və eks-prezident Mixail Saakaşvilinin təsis etdiyi müxalif "Vahid Milli Hərəkat" partiyasının ölkədəki fəaliyyətini tamamilə qadağan edə bilər.
Oxu.Az xəbər verir ki, "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası bununla əlaqədar bəyanatla çıxış edib.
"Konstitusiya çoxluğunu əldə etdikdən dərhal sonra "Vahid Milli Hərəkat" və onun bütün peykləri və ya varislərinin konstitusiyaya zidd elan edilməsi ilə nəticələnəcək hüquqi prosesə başlayacağıq", - deyə bəyanatın mətnində deyilir.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Gürcüstanın hakim partiyasının rəhbəri İrakli Qaribaşvili siyasəti tərk edir
- Çin-Azərbaycan strateji tərəfdaşlığı Cənubi Qafqazın inkişafına necə təsir edəcək?
- Tarixdən dərs çıxaran Gürcüstan seçimini etdi - Azərbaycanla müttəfiqliyin önəmi
- Mixeil Kavelaşvilinin Bakı səfərinin mühüm məqamları - "Kaspi"nin TƏHLİLİ
- Ermənistan, Gürcüstan və Azərbaycan XİN rəhbəri müavinlərinin görüşü olub