Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bağlandığı deyilən quşçuluq fabrikinin işçiləri ixtisar olunurlar?
"Səba" quşçuluq fabrikinin bağlanması və işçilərinin ixtisar olunması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Oxu.Az-a "Səba" ASC-nin rəhbərliyindən məlumat verilib.
Bildirilib ki, heç bir bağlanmadan söhbət getmir:
"Biz 100% özümüzə aid olan törəmə "Chiken Pro" MMC-ni yaratmışıq. Hazırda bütün istehsalat fəaliyyəti həmin törəmə şirkətimiz tərəfindən həyata keçirilir. Həmçinin quşçuluq istehsalatında işləyən işçilərimiz də fəaliyyətlərini orada davam etdirirlər. Heç bir ixtisar aparılmır. Kimsə, bir ya iki nəfər, öz ərizəsi ilə işdən ayrıla bilər, amma ixtisardan söhbət getmir".
Əzizə İsmayılova
"Səba" markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb.
Bu məlumat Oxu.Az-a Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından verilib.
"Bu gün bir sıra kütləvi informasiya vasitələri və internet resurslarında "Səba Broyler" ASC-nin fəaliyyətini dayandırması, "Səba" markası ilə toyuq və toyuq məhsulları istehsalına son qoyulmasına dair məlumat yayılıb.
Azərbaycan quşçuluq təsərrüfatlarının ictimai birliyi olaraq bildiririk ki, reallıqda "Səba" markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb. Bu istehsalı "Səba Broyler" ASC-nin yaratdığı "Chiken Pro" MMC həyata keçirir.
MMC rəhbərliyindən verilən məlumata görə, istehsal müəssisəsinin yenidən qurulması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri investisiya qoyuluşu həyata keçiriləcək", - deyə açıqlamada bildirilir.
"Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Şirkətdən cavab olaraq istehsalın və satışın dayandırılması faktı təsdiqlənib.
Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.
"Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar", - məlumatda qeyd edilib.
Qeyd edək ki, ölkə üzrə marketlərdə bir müddətdir "Səba"nın məhsullarına rast gəlinmir.
Xatırladaq ki, ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.