Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin nənəsi dünyasını dəyişib. Qadının 85 yaşı olub.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə xəbəri “Xronika+” qəzetinin redaktoru Eliso Kiladze sosial şəbəkələrdə yayıb.
“Mziya Cereteli xanım dünyasını dəyişdi”, - Kiladze yazıb.
Yerli KİV-lər Mziya Ceretelinin nəvəsini siyasi sahədəki fəaliyyətini dəstəklədiyini yazırlar.

N.О.