Gürcüstanda sabiq prezident Mixail Saakaşviliyə qarşı cinayət işi qaldırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğunun yaydığı məlumatda bildirilir.
M.Saakaşvili və onun hakimiyyəti dövründə yüksək postlarda təmsil olunan bəzi şəxslərə qarşı səlahiyyətlərdən sui-istifadə ittihamı irəli sürülüb.