Moskva şəhər məhkəməsi bazar ertəsi Azərbaycan vətəndaşı Orxan Zeynalovu Yeqor Şerbakovun qətlində günahkar bilib və onu cəzasını ciddi rejimli koloniyada çəkməklə, 17 il azadlıqdan məhrum edib, Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir.
Bundan başqa, hakim Nikolay Tkaçuk zərərçəkmişin – öldürülənin atasının mülki iddiasını da qismət təmin edib – həmyerlimizdən həmçinin kompensasiya qismində 3 milyon rub pul tutulub.