ABŞ prezidenti Donald Trampın sabiq müşaviri Maykl Kaputo “CNN”ə açıqlamasında bildirib ki, amerikalı lider impiçment prosesinə çox yaxındır.
Oxu.Az xəbər verir ki, Kaputonun sözlərinə görə, impiçment ABŞ prezidentinin keçmiş şəxsi vəkili Maykl Koenin ifadəsindən sonra baş tutacaq.
Eyni zamanda, Koen etiraf edib ki, Trampın göstərişi ilə pornoaktrisa Stormi Deniels və “Playboy” modeli Karen Makduqalla susmaları üçün pul ödəyib.
Kaputo bildirib ki, bu, impiçment üçün kifayətdir.