İyunun 22-də Parisdə “Grand Chess Tour” seriyası üzrə ikinci turnirin üçüncü günü sona çatıb.
Oxu.Az xəbər verir ki, turnirdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov iştirak edir.
“Şah” birinci partiyada Maksim Vaşye-Laqrava (Fransa) məğlub olub. Ardınca ikinci partiyada Aleksandr Qrişuka (Rusiya) qalib gəlib. Son partiyada isə Hikaru Nakamura (ABŞ) ilə heç-heçə edib.
Beləcə “Şah” ümumi nəticələrə görə yeddi xal toplayaraq, axırdan ikinci (doqquzuncu) yeri tutub.
F.M.
www.oxu.az