Antalyanın Elmalı bölgəsində sahibsiz bir pitbul iki küçə itini parçalayıb.
“Haber Global” xəbər verir ki, hadisə Elmalının sənaye məhəlləsində baş verib.
Sahibsiz olduğu bildirilən pitbul cinsindən olan köpək iki küçə itini parçalayaraq tələf edib.
Ətrafdakı insanların böyük narahatlıq yaşadığı hadisə zamanı sakinlər dövlətdən pitbullun tutulması üçün yardım istədilər.
