İspan rəssamı və sürrealisti Salvador Dalinin qalıqlarının DNT analizi aparılıb.
Oxu.Az-ın La Vanguardia qəzetinə istinadən məlumatına görə, ekspertizaya əsasən, məşhur rəssam 59 yaşlı kataloniyalı qadın Pilar Abelin atası olmayıb.
Barselona və Madriddə keçirilən ekspertizanın nəticələri mənfi olub.
Nəticələr artıq məhkəməyə verilib, rəsmi qərar oktyabrın 18-də Madriddə keçiriləcək iclasda veriləcək.
S.B.
www.oxu.az