Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şəfayət Mehdiyev küçəsində, Lider TV-nin yaxınlığında qeydə alınıb. Sürücü Sərxan Hüseynov idarə etdiyi minik avtomobili ilə 1956-cı il təvəllüdlü İslamov Eldar Zahid oğlunu vurub.
Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az