Çeçen səhra komandiri Şamil Basayevin qətlində şübhəli bilinən Gürcüstan vətəndaşı Temur Mahauri İstanbulun Maltəpə həbsxanasında saxlanılır.
Türkiyə hüquq - mühafizə orqanlarının məlumatına görə, T.Mahauri Ş.Basaevin öldürülməsinin təşkilatçılarından biri və iştirakçısı olub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakirköy baş prokurorluğu Çeçenistanda həyata keçirilmiş sui-qəsdlərlə bağlı iddianamə hazırlayıb.
İddianamədə bildirilir ki, T.Mahauri 2006-cı ildə minalanmış avtomobili partladaraq çeçen komandir Ş.Basayevi öldürüb.
T.Mahauri həmçinin “Qafqaz əmirliyi” terrorçu qruplaşmasının İstanbul nümayəndəsi Əli Osayevin ölümündə də təqsirləndirilir.