Əmlak üzrə Dövlət Komitəsi Azərbaycanda mənzillərin alqı-satqısı üzrə onlayn əməliyyatlar sistemini işə salır.
Oxu.Az abc.az-a istinadən bildirir ki, Dövlət Komitəsinin sədri Kərəm Həsənovun dediyinə görə, 3 martdan başlayaraq əmlakla əlaqədar bütün əməliyyatları onlayn rejimdə aparmaq mümkün olacaq.
“Əmlak məsələləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi ilə birgə dövlət notarial kontorların Daşınmaz Əmlak üzrə Dövlət Reyestr Xidmətinin sisteminə daxil ola bilməsi üçün bütün texniki məsələləri həll ediblər.
Bu, əmlak alqı-satqısı zamanı lazım olan sənədləri sənədlərin tərtib edilməsinə zaman sərf etmədən alqı-satqı əməliyyatını həyata keçirməyə yardım edəcək. Nəticə olaraq isə əmlak bazarı fəallaşacaq və bir sıra sosial məsələlər öz həllini tapacaq. Sistem 3 mart tarixindən işə düşəcək” – K.Həsənov bildirib.
Elektron sövdələşmələr - Dövlət Komitəsinin 2014-cü ildə təklif edəcəyi 5 onlayn xidmətdən biridir.
Cari ildə əmlakla bağlı alqı-satqı əməliyyatlarının bütün notarial kontorlarda onlayn rejimdə aparılması nəzərdə tutulur. Onlayn rejimi ilkin mərhələdə ikinci dərəcəli, 2015-ci ildə isə artıq birinci dərəcəli əmlak bazarında aparılan sövdələşmələr üçün mümkün olacaq.