“Samsung” şirkəti Unpacked 2015 tədbirində yeni flaqman “Galaxy S6” və “S6 Edge” smartfonlarını təqdim edib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, “S6 Edge” modeli kənarlarında içəri əyilən displeyə malikdir.
Smartfonlar ağ, qara, qızılı, yaşıl və göy rəngdə olacaqlar. Rusiyada satış qiymətləri açıqlanmayıb.
“S6 Edge” qurğusu “Galaxy S6”-dan kənarları əyilən ekran ilə fərqlənir. Bu xüsusiyyəti smartfonun sahibi ən çox danışdığı 5 nömrəni yan tərəflərə çəkməklə istifadə edə bilər.
Hər iki modelin Quad HD (2560x1440 nöqtəlik) imkanlı 5,1 düymlük displeyi var. Nəticədə seriya smartfonlar arasında ən yüksək detallaşdırma imkanı olan - bir düymdə 577 nöqtə olan displeyə malikdirlər. Ekran cızıqlara davamlı dördüncü nəsil Gorilla Glass şüşəsi ilə örtülüb.
Müxbirin ilkin təəssüratlarına görə “Galaxy S6” və “S6 Edge” displeyi, iPhone 6 Plus-un displeyindən parlaq olmasa da, daha aydındır. Smartfonlar “Galaxy Note 4”-də olandan daha aydın təsviri təmin edən, Gear VR virtual reallıq dəbiləqələrinə müvafiqdirlər.
Aparatlar 16 meqapikselli əsas kameraya (diafraqma 1/1.9) və təsvirin optik stabilləşdiricisinə malikdir. İstehsalçının iddiasına görə o qaranlıqda yaxşı çəkir, eləcə də real zaman kəsiyində HDR-şəkillər çəkmək imkanına malikdir (belə şəkillər yüksək kontrastlığa malikdirlər). Frontal kamera 5 meqapikselə və əsas kameranın 1/1.9 - diafraqmasına malikdir.
Smartfonlar da, 14 nanometrlik texniki prosesinə uyğun quraşdırılmış, 64 nüvəli prosessorlara malikdir. Nəzəri olaraq o, mövcud modellərdən daha az enerji istifadə edərək, müasir proqramlardan daha çox funksional proqramların istifadəsinə imkan verməlidir.
Aparatlarda microSD fleş-kart üçün yuva artıq ləğv edilib. Bunu kompensasiya etmək üçün istehsalçı modelə 32,64,128 Gb həcmində quraşdırılmış yaddaş təklif edib.
Smartfonlar 2600 mlliamper-saatlıq quraşdırılmış akkumulyatora malikdirlər, bu isə fasiləsiz olaraq 13 saat ərzində videoya baxmaq imkanı verir. Bu, çox yüksək göstəricidir. Aparat quraşdırılmış qidalandırıcıya malikdir. Qurğunun qalınlığı “Galaxy S6” və “S6 Edge”ə müvafiq 6,8 və 7 millimetrdir.