Ermənistanın "Güclü Ermənistan" müxalifət fraksiyasından olan deputat Aram Vardevanyan kvota üzrə Milli Assambleyanın üçüncü vitse-spikeri seçilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sputnik Ermənistan" nəşri məlumat verib.
Məlumata görə, daha əvvəl fraksiya lideri Arusyak Manavazyanın bildirdiyi kimi, onun namizədliyini hakim Vətəndaş Sazişi Partiyasının (VSP) bəzi nümayəndələri də daxil olmaqla, 53 deputat dəstəkləyib. Heç kim əleyhinə səs verməyib.
Qeyd edək ki, Aram Vardevanyan Güclü Ermənistan Partiyasının lideri və iş adamı Samvel Karapetyanın keçmiş vəkilidir.
Xatırladaq ki, ötən həftə VSP-dən Ayk Koncoryan və Vaaqn Aleksanyan vitse-spikerlər seçiliblər. Daha əvvəl parlamentin spikeri hakim partiyanın üzvü Ruben Rubinyan seçilib.