Sankt-Peterburqda çoxmərtəbəli binada kərpic hörmənin dağılması nəticəsində xəsarət alanlar yoxdur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novostiyə Rusiya FHN-nin Şimal-Qərb regional mərkəzinin nümayəndəsi məlumat verib.
“Kərpic hörmənin bir hissəsinin dağılması nəticəsində insanlar xəsarət almayıblar, bir avtomobil zədələnib”, - deyə nümayəndə bildirib.
16:35
Sankt-Peterburqun “Solidarnost” prospektində yerləşən 16 mərtəbəli binada partlayış baş verib. Partlayış nəticəsində binanın divarının bir hissəsi dağılıb.
Bu barədə Oxu.Az Rusiya KİV-nə istinadən məlumat verir.
Partlayışın səbəbləri müəyyən edilir.
N.O.