Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti seçilməsi münasibəti ilə Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Oxu.Az azvision.az saytına istinadən xəbər verir ki, məktubda deyilir:
“Sizi prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, Türk millətinə isə inkişaf və çiçəklənmə arzulayıram. Heç şübhəsiz ki, siz yeni vəzifədə heç bir ilkin şərt olmadan aramızda olan ikitərəfli razılaşmaları həyata keçirmək imkanını əldə edirsiniz”.