Ermənistanda əsgərlərə siqaret və kibrit verməyəcəklər. Müvafiq dəyişikliklərin sülh zamanı ərzaq təminatı standartlarına tətbiqinə dair qərar fevralın 23-də hökumətin iclasında baxılacaq.
Oxu.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, layihəni müdafiə naziri Vigen Sarkisyan təqdim edəcək.
Layihə Ermənistanın 2004-cü ildə qəbul etdiyi siqaret çəkməklə mübarizə konvensiyası, eləcə də siqaret çəkməklə mübarizə dövlət proqramı çərçivəsində Dünya Səhiyyə Təşkilatının tələblərinə müvafiq olaraq təqdim edilir.
N.O.
www.oxu.az