Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanın separatçı “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımamasını güzəşt adlandırıb.
Oxu.Az Deutsche Welle nəşrinə istinadən xəbər verir ki, onun sözlərinə görə, “DQR”in müstəqilliyin tanınması erməni tərəfinin danışıqlardan imtina etməsi demək idi.
Sarkisyan həmçinin qeyd edib ki, onun ölkəsi vəziyyəti daha da gərginləşdirməmək üçün separatçı “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyinin tanımaq niyyəti yoxdur.
Ermənistan prezidenti əlavə edib ki, erməni tərəfi hərbi əməliyyatların başlanmasını gözləyirdi və döyüşlər başlayandan üç gün sonra atəşin dayandırılması təsadüf deyil.