Ermənistan prezidenti Serj Sarkisyan dünən ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Jak Forla (Fransa), həmçinin ATƏT sədrinin nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Qarabağ münaqişəsinin dinc yolla nizamlanması barədə danışılıb.
İrəvanda baş tutan görüşdə, həmçinin Fransadan olan yeni həmsədr Pyer Andrio da iştirak edib.