“İş həmişə var” komandası “At muraddır” ifadəsini yadına salıb üz tutdu atların yanına.
Oxu.Az xəbər verir ki, işsevən Fərid atları yuyundurdu, yedirtdi, təmizlədi, daradı, hətta “selfie” də çəkdirdi.
“İş həmişə var” bazar günü saat 13.15-də ATV-də yayımlanacaq.
Qeyd edək ki, proqramın müəllifi və aparıcısı Fərid Rəsul, redaktorları Lalə Əliyeva, Zəhra Rüstəm Osmanova, rejissoru Tofiq Babayev, prodüseri Azad Əlizadədir.
“İş həmişə var”ın informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az