Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sarkisyanlar altı milyonluq fırıldaqda ittiham olunurlar
Ermənistan Xüsusi İstintaq Komitəsi iyunun 29-da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyana və onun qızı Ani ilə oğlu Narekə qarşı başlanan cinayət işini icraata qəbul edib.
Oxu.Az bununla bağlı erməni KİV-ə istinadla məlumat yayıb.
Məlumatda bildirilib ki, “Ci el Ci layihə şirkəti” Səhmdar Cəmiyyətinin səhmdarı Narek Sarkisyanın evində aparılan axtarış zamanı Ermənistan banklarından birinə 6,8 milyon dollar yatırılması ilə bağlı razılaşma aşkar edilib. Yatırılma 2017-ci ilin III rübündə həyata keçirilib.
Araşdırmalar zamanı Levon və qızının bu məlumatı gizlətdiyi məlum olub. Onlara qarşı gəlirin gizlədilməsi ittihamı irəli sürülüb.
Hüquq-mühafizə orqanları Levon, Narek və Ani Sarkiyanların şəhərdən çıxışına qadağa qoyub.
Samir İsayev
www.oxu.az
"Ermənistan" teqi üzrə xəbərlər
- Politoloq: "Aİ-nin Ermənistandakı missiyasının uzadılması Rusiya və Azərbaycan əleyhinə addımdır"
- Yoxsulluq, çöküş - Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir?
- İran Ermənistana qoşun yeritməyə hazırdır
- Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİ-yə qəbul edilməyəcək?
- Əvvəlcə Qarabağda məğlub olan, indi Orta Şərqdə uduzan ölkə
Rəylər