Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.
Şarl Mişel bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Görüşdə Avropa İttifaqı - Türkiyə münasibətlərinin tam spektri, Qara Dəniz Taxıl Təşəbbüsü və regional məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri müzakirə edildi”, - Şarl Mişel sosial şəbəkə hesabında qeyd edib.
Meeting with Turkish President @RTErdogan in the margins of @g20org.
— Charles Michel (@CharlesMichel) September 10, 2023
Discussed full spectrum of EU-Türkiye relations, the Black Sea Grain Initiative and regional situation, notably Armenia-Azerbaijan.#G20India pic.twitter.com/q0BAayvgwU
15:44
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüşdə Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü üçün lazım olan addımları müzakirə ediblər.
“Görüş zamanı Türkiyə ilə Aİ arasında əlaqələr, o cümlədən Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü üçün atılması lazım olan addımlar, regional və qlobal məsələlər müzakirə edilib”, - Türkiyə Prezident Administrasiyasının məlumatında deyilir.
Bununla yanaşı, Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə də danışıqlar aparıb.
Mənbə: Anadolu