Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk etmək niyyətindədir
Avropa Şurasının rəhbəri Şarl Mişel bu ilin iyununda vəzifəsini tərk edərək Avropa Parlamentinə seçkidə iştirak etməyi planlaşdırır.
Mişelin Avropa Şurasının rəhbəri kimi mandatı 2024-cü ilin noyabrında başa çatır, lakin o, jurnalistlərə izah edib ki, Avropa Şurası və Parlamentdəki işi birləşdirə bilməz. O, iyunun ortalarına qədər Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün ərizəsini təqdim etməlidir.
Qeyd edək ki, Mişel Avropa Parlamentinin deputatı seçilərsə, Aİ liderləri Avropa Şurasındakı vakant postu doldurmaq üçün tez bir zamanda xələflə razılaşmalı olacaqlar. Əgər bunu etməsələr, iyul ayında Macarıstan Aİ Şurasına sədrlik edəcək, çünki rəhbərlik Macarıstanın Baş naziri Viktor Orbana keçəcək.
Mənbə: interfax.ru
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Avropada ən çox dövlət borcu olan ölkələr hansılardır?
- Rusiya Ermənistanın Avropa İttifaqına can atmasından narahatdır
- Kriptovalyuta bazarı "qiyamət günü"nə hazırlaşır?
- Macarıstan ərazisindən Qərb qoşunlarının Ukraynaya keçidinə icazə verməyəcək
- Orta Asiya ölkələri Avropa İttifaqına yox desələr belə, heç nə itirməyəcəkdilər