Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sarqsyanın partiyası Ermənistan-Rusiya münasibətlərindən narahatdır
Ermənistan-Rusiya münasibətlərində vəziyyət heç də yaxşı deyil, hərçənd, bunun əksi bildirilir. Paşinyan hökuməti “pinq-ponq” siyasəti həyata keçirir.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Ermənistan parlamenti spikerinin müavini, eks-prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.
O qeyd edib ki, Ermənistan üçün bir nömrəli məsələ korrupsiya ilə mübarizə və ya inqilab yox, ölkənin təhlükəsizliyi və KTMT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsidir.
“Paşinyan bunların öhdəsindən gələ biləcəksə, etsin, digər məsələlər isə elə də əhəmiyyətli deyil”, - Şarmazanov deyib.
Onun fikrincə, Ermənistanın baş naziri Nikola Paşinyanın hökuməti siyasi niqilizm yolu ilə addımlayır. Eyni zamanda hökumət hüquq mühafizə orqanlarının işinə müdaxilə edir, şəxsi və siyasi motivlərlə həbslər həyata keçirilir.
Şarmazanov həmçinin qeyd edib ki, mayda Paşinyanın namizədliyinin əleyhinə səs verməklə düzgün addım atıb.
“O, yaxşı baş nazir deyil. Ermənistanı inqilabçılar və əks-inqilabçılara bölmək nə deməkdir? Biz diktaturaya gedirik? O, sıçrayışvari inkişafdan bəhs edir. Amma nə qədər yeni iş yeri açılıb, diaspordan nə qədər investisiya daxil olub?”, - spikerin müavini deyib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan parlamenti Aİ ilə bağlı qanun layihəsini QƏBUL ETDİ
- Türklərlə kürdləri üz-üzə qoymaqda İranın əsas məqsədi nədir?
- Paşinyan Əraqçını qəbul edib
- Mirzoyan: "Bakı və İrəvan sülh müqaviləsinin imzalanma yeri və tarixini hələ razılaşdırmayıblar"
- Əraqçı: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edirik"