Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Satmaq istədiyi maşının qüsurlarını sadalayan eksperti güllələdi - VİDEO
Türkiyədə bir kişi satmaq istədiyi maşının qüsurlarını sadalayan eksperti öldürüb.
“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, Qaziantep şəhərində 30 yaşlı Mehmet Kavğacı güllələnib.
Adı açıqlanmayan şəxs alıcı və tanışı ilə satmaq istədiyi avtomobilini ekspertə göstərib.
M.Kavğacı maşının nasaz yerləri ilə bağlı hesabat hazırlayıb. Lakin avtomobilin sahibi ekspertin hazırladığı hesabatla razılaşmayıb.
Onların arasında yaranan mübahisə davaya çevrilib və nəticədə, maşının sahibi M.Kavğacını sinə nahiyəsindən güllələyib. Həkimlərin bütün səylərinə baxmayaraq, iki uşaq atası olan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Satmaq istədiyi maşına minib qaçmaq istəyən şübhəli və yanındakı iki şəxs saxlanılıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Məşhur türkiyəli aktrisanın əri də aktyorluğa başladı: Eyni filmə çəkildilər
- Türkiyədə yaşayan aktrisa Nesrin Cavadzadə serialdakı partnyoru ilə sevgili oldu
- Türkiyədə satılan dərmanlar qumar və cinsi asılılıq yaradır
- Türkiyədə hava limanı əməkdaşı təyyarənin yük hissəsində unuduldu
- Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq