Konqo Demokratik Respublikasında olan ginekoloq Denis Mukveqe Andrey Saxarov adına “Fikir azadlığı” mükafatına layiq görülüb.
Oxu.Az-ın məlumatına görə, musavat.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin rəhbəri Martin Şults bildirib.
Sədrlər konfransı qərara alıb ki, 2014-cü il üçün mükafat Konqo Demokratik Respublikasından olan həkimə xüsusilə qadınların müdafiəsi uğrunda mübarizəyə görə verilsin.