Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi Dubay rəhbərinin oğlu Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun Yəməndə silahlı toqquşma zamanı öldürüldüyü xəbərini təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya səfirlikdən məlumat verilib.
“Mediada “Fars news”a istinadən BƏƏ baş naziri, vitse-prezident, Dubay şəhərinin rəhbəri Dubay şəhərinin rəhbəri şeyx Məhəmməd bin Rəşid əl-Maktumun oğlu Rəşid bin Məhəmməd əl-Maktum Yəmənin Marib vilayətində inqilabçı qüvvələrin hücumu zamanı öldürülməsi xəbəri tamamilə yanlışdır və həqiqəti əks etdirmir. Şeyx Rəşid 34 yaşında ürək tutmasından həyatını itirib”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, İranın “Fars news” agentliyi 34 yaşlı şeyxin bir qrup BƏƏ hərbçisi ilə birlikdə Marib vilayətində Yəmən qüvvələrinin “Katyuşa” hücumu nəticəsində öldürüldüyü barədə məlumat yayıb.
E.Ə.
www.oxu.az