Meksikanın cənubunda yerləşən Oaxaka ştatının Xalapa şəhərinin meri Artur Velaskes ötən gün iştirak etdiyi Yeni il şənliyində silahlı hücuma məruz qalıb.
Yerli “Televisa” telekanalı məlumat yayıb ki, naməlum şəxslər şənliyin keçirildiyi binaya daxil olaraq insanlara atəş açmağa başlayıblar.
Qeyd olunur ki, şəhər rəhbərindən başqa onun köməkçisi Xavyer Terrero da silahlı hücumun qurbanı olub.
Ölən və yaralanan digər şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları axtarır.